logo

İTV-nin əmkdaşları da koronavirusa yoluxdu

16:46 18-06-2020 | icon 1918
İTV-nin əmkdaşları da koronavirusa yoluxdu

İctimai Televiziya və Radio Yayımları Şirkəti yoluxma şübhəsi olan əməkdaşları test verib və onlardan ikisində nümunələr pozitiv çıxıb.

 YeniAvropa xəbər verir ki, bu barədə şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Aynurə Asimqızı məlumat verib. Onun sözlərinə görə, hazırda həmin şəxslər həkim nəzarətində müalicə alırlar.

Məlumatda bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti pandemiya elan edilən gündən etibarən şirkətdaxili gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirir. Operativ Qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, hər kəs xüsusi dezinfeksiyaedici mayelərlə və qoruyucu maddələrlə təmin edilir.