logo

Penitensiar xidmətin 40 əməkdaşı ədliyyə orqanlarından xaric edilib

18:16 23-05-2020 | icon 224
Penitensiar xidmətin 40 əməkdaşı ədliyyə orqanlarından xaric edilib

Vəzifə səlahiyyətlərindən sui-istifadə, vətəndaşların haqlı narazılığına səbəb olan pozuntulara, o cümlədən korrupsiyaya şərait yaradan hallara görə son iki ildə Penitensiar xidmətin 470-ə yaxın əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 40 nəfəri ədliyyə orqanlarından xaric  edilib və ya vəzifədən azad olunub, 2 nəfər barəsində materiallar istintaqa verilib.

YeniAvropa xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Penitensiar və Tibb xidmətlərinin rəhbərliyinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə nazirliyin digər aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında əməliyyat müşavirəsində məlumat verilib. 

Konfransda dövlət başçısının korrupsiyanın yolverilməzliyi, şəffaflığın və vətəndaş məmnunluğunun artırılması ilə bağlı tapşırıqlarından irəli gələn vəzifələr müzakirə olunub, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı qəti tapşırıqlar verilib.