logo

Bu gün Türkiyədə 19 May - Atatürkü Anma, Gənclik və İdman bayramıdır

11:13 19-05-2020 | icon 315
Bu gün Türkiyədə 19 May - Atatürkü Anma, Gənclik və İdman bayramıdır

Türkiyədə 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramıdır. Yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən kütləvi tədbirlərin ləğv olunmasına baxmayaraq, küçə və meydanlar bayramsayağı bəzədilib. Ölkə üzrə ümumi tətil elan olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bayram münasibətilə Gənclik və İdman naziri Mehmet Muharrem Kasapoğlunun rəhbərliyi ilə nümayəndə heyəti Anıtqəbirə gələrək Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət edib. Anıtqəbir önünə əklil qoyulub, Türkiyənin dövlət himni ifa edilib, xatirə dəftərinə ürək sözləri yazılıb.

Qeyd edək ki, bu gün 19 May - Atatürkü Anma, Gənclik və İdman bayramı münasibətilə yerli vaxtla saat 19:19-da ölkənin bütün stadionlarında Türkiyə Respublikasının dövlət himni – “İstiqlal marşı” səsləndiriləcək.