logo

"Azercell"in bölgələrdə yaşayan ailələrə dəstəyi davam edir!

16:12 16-05-2020 | icon 2639
"Azercell"in bölgələrdə yaşayan ailələrə dəstəyi davam edir!

“Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin dövründə xüsusi diqqət və qayğıya ehtiyacı olan insanlara, aztəminatlı ailələrə dəstəyini davam etdirir. Ötən iki həftədə olduğu kimi, müqəddəs Ramazan ayının üçüncü həftəsində də bölgələrdə sosial təcrid şəraitində yaşayan həssas kateqoriyalardan olan daha 1000 ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanıb.

"Azercell" xeyriyyə layihəsi çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi siyahıya əsasən müqəddəs Ramazan ayı ərzində ümumilikdə 4000 aztəminatlı ailəyə ərzaq payı göndərməyi nəzərdə tutur. Sovqatların ölkə boyu müxtəlif ünvanlara çatdırılması Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC tərəfindən həyata keçirilir. 

"Azercell" şirkətinin təşkil etdiyi yardım aksiyaları COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə həssas təbəqədən olan insanların sosial rifahını yüksəltmək, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək məqsədi daşıyır.