logo

Türkiyədə daha 55 nəfər koronavirusdan öldü

21:10 14-05-2020 | icon 294
Türkiyədə daha 55 nəfər koronavirusdan öldü

Türkiyədə ötən sutka koronavirusdan daha 55 nəfər ölüb.

 YeniAvropa xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 4 007-yə  çatıb.

Səhiyyə naziri daha sonra qeyd edib ki,son 24 saatda ölkədə 1 635 yoluxma qeydə alınıb və beləliklə, infeksiya daşıyıcılarının sayı 144 749 nəfərə çatıb. Habelə bir gündə koronavirusa yoluxmuş 2 315 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 104 030 nəfərə çatıb.