logo

Çin koronavirusla mübarizədə ABŞ-a kömək təklif etdi

10:32 27-03-2020 | icon 2499
Çin koronavirusla mübarizədə ABŞ-a kömək təklif etdi

Çin koronavirus epidemiyası ilə mübarizədə ABŞ-a hərtərəfli kömək və dəstək göstərməyə hazırdır.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı deyib.

“Hazırkı şəraitdə Çin və ABŞ birləşməli və epidemiya ilə mübarizə aparmalıdır. Bir sıra Çin kompaniyaları və müəssisələri ABŞ-a humanitar yardım göstərib. Çin tərəfi hazırda Amerikanın üzləşdiyi çətinliyi başa düşür, ona güclü kömək və dəstək göstərməyə hazırdır”, - deyə Si Cinpin bildirib. O əlavə edib ki, ölkəsi epidemiya ilə mübarizədə öz təcrübəsini ABŞ-la bundan sonra da tam həcmdə bölüşəcək.

“Dünən koronavirus üzrə G20 sammitində bütün ölkələrin səyləri sayəsində biz bir çox məsələlərə dair konsensusa gələ bildik, müsbət nəticələr əldə etdik”, - deyə ÇXR sədri vurğulayıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada 465 mindən artıq insan koronavirusa yoluxub, 21 mindən çox insan ölüb. ABŞ-da 85 486 yoluxma halı təsdiqlənib, ölənlərin sayı 1288 nəfərə çatıb.