logo

Sabah Azərbaycanda yaz fəsli başlayır

14:55 19-03-2020 | icon 2247
Sabah Azərbaycanda yaz fəsli başlayır

Bu il Azərbaycana yaz fəsli martın 20-də daxil olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, yaz fəsli Azərbaycana martın 20-si saat 07:49:36-da daxil olacaq.

Məlumatda qeyd edilib ki,bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlayacaq.

Xatırladaq ki,  iyunun 21-də saat 01:43-də yay, sentyabrın 22-də saat 17:30-da payız ölkəmizə daxil olacaq. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qış fəsli isə dekabrın 21-də saat 14:02-də Azərbaycana qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olacaq və Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirəcək.