logo

Zaqatalada dağlıq ərazidə yanğın başlayıb

17:14 11-03-2020 | icon 2198
Zaqatalada dağlıq ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Zaqatala rayonunun Qalal kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

YeniAvropa xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Qeyd edilib ki, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları, həmçinin rayon icra hakimiyyətinin yerli qüvvələri cəlb edilib.

İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə 3 hektar sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.