Daşkənddə Özbəkistan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Martın ikinci ongünlüyündə Daşkənddə Özbəkistatn-Azərbaycan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının növbəti iclası keçiriləcək.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyev Rusiya və Azərbaycan ilə ikitərəfli investisiya və ticarət-iqtisadi sahədə əməkdaşlığın inkişaf perspektivlərinə həsr olunan müşavirədə məlumat verib.
Özbəkistanın dövlət başçısı son illərdə bu ölkələrlə qarşılıqlı ticarətin və investisiyaların göstəricilərinin durmadan artdığını bildirib. Şavkat Mirziyoyev vurğulayıb ki, 2019-cu ilin nəticələrinə görə, Azərbaycanla ikitərəfli ticarətin həcmi 55,7 faiz çoxalıb.
Prezident deyib ki, investisiya sahəsində də əməkdaşlıq möhkəmlənir. Ölkədə Azərbaycan kapitalı ilə fəaliyyət göstərən 178 müəssisə var.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan tərəfi ilə sənaye kooperasiyası yaradılması nəticəsində 335 milyon dollar həcmində layihələr həyata keçiriləcək. Yüngül avtomobillərin və avtobusların yığılması, neft-qaz sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.
Prezident Azərbaycanın aparıcı şirkətləri və təşkilatları ilə ticarət və investisiya fəaliyyətini yaxşılaşdırmağı, bu sahələrdə əməkdaşlığın yeni istiqamətlərində əlaqələrin dərinləşdirilməsini qeyd edib.
Dövlət başçısı Azərbaycanla neft-qaz, nəqliyyat-loqistika, aqrar sənaye, üzümçülük, şərabçılıq, zərgərlik, həmçinin təhsil sahələrində yeni layihələrin həyata keçirilməsinin vacibliyini nəzərə çatdırıb.
İclasda müzakirə olunan məsələlərlə bağlı müvafiq nazirlik və idarələrin hesabatları dinlənilib, konkret vəzifələrin yerinə yetirilməsi istiqamətində gələcək tədbirlər müəyyənləşdirilib.
Xatırladaq ki, Özbəkistan-Azərbaycan Hökumətlərarası Komissiyasının sonuncu iclası 9 oktyabr 2012-ci ildə Bakıda keçirilib. Azərbaycan tərəfindən komissiyanın həmsədri baş nazirin birinci müavini Yaqub Eyyubov, Özbəkistan tərəfindən isə prezidentin müşaviri Alişer Sultanovdur.
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır