logo

Saatlıda qonşu qonşunu qətlə yetirdi

16:10 07-03-2020 | icon 2121
Saatlıda qonşu qonşunu qətlə yetirdi

Saatlıda qonşusunu qətlə yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

 YeniAvropa xəbər verir ki,  qətl hadisəsi bu gün rayonun Qara Nuru kəndində baş verib.

Kənd sakini, 1965–ci il təvəllüdlü Qardaşov Paşa Tofiq oğlu qonşusu tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya aparılarkən yolda keçinib.

Polis əməkdaşlarının apardığı operativ əməliyyat tədbirləri nəticəsində Paşa Qardaşovu qətlə yetirən 1989-cu il təvəllüdlü Əliyev Fariz Sahib oğlu şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.