logo

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

09:45 13-02-2020 | icon 2107
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.