“Azərenerji”: Bəzi yarımstansiyalar yenidən qurulur
“Azərenerji” ASC “Reabilitasiya Proqramı”na uyğun olaraq Bakı və Abşeron yarımadasının elektrik təchizatında müstəsna rol oynayan 220 və 110 kilovoltluq sistem əhəmiyyətli əsas yarımstansiyaları yenidən qurur və işlər enerji təchizatında fasilə yaranmaması üçün xüsusi rejimdə, yarımstansiyanın fəaliyyəti dayandırılmadan həyata keçirilir.
ASC-dən YeniAvropa-ya bildirilib ki, artıq Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən 220 kilovoltluq, “Müşfiq” və Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 110 kilovoltluq “Zabrat” yarımstansiyaları yenidən qurularaq istismara verilib. 1968-ci ildə tikilən 110 kilovoltluq “8-ci kilometr” və 1976-cı ildə istismara verilən Sumqayıtdakı 110 kilovoltluq “Sulfanol” yarımstansiyalarında yenidənqurma işləri yekunlaşıb. Həmçinin 1953-cü ildə tikildiyindən istismar müddətini bir neçə dəfə keçən açıq tipli 110 kilovoltluq “Dübəndi” yarımstansiyası qapalı tipə keçirilərək tam yenidən qurulub.
1953-cü ildə tikilən və istismar müddətini bitirən 220 kilovoltluq “Xırdalan”, 1968-ci ildə istismara verilən 110 kilovoltluq “Əhmədli” və 1949-cu ildən istismar olunan 110 kilovoltluq “Maştağa” yarımstansiyalarında isə əsaslı tikinti və yenidənqurma işləri hazırda da davam edir.
Bütün yarımstansiyalarda rele mühafizəsi, avtomatika və idarəetmə sistemləri ilə komplektləşdirilmiş idarəetmə mərkəzləri tikilir. Nəticədə güc çatışmazlığı aradan qaldırılmaqla yanaşı, etibarlılıq və dayanıqlılıq təmin edilir.
Qəzaların qarşısının alınması, qəza rejimində yükün bir yarımstansiyadan digər yarımstansiyanın üzərinə köçürülməsi, itkilərin aradan qaldırılması, artan tələbatın qarşılanması, ən əsası isə istehlakçıların daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün yarımstansiyaların yenidən qurulması olduqca əhəmiyyətlidir.
“Azərenerji” ümumilikdə 20-dək yarımstansiyada yenidənqurma, təmir və bərpa işləri həyata keçirir, avadanlıqlar, ən əsası isə transformatorlar dəyişdirilərək yarımstansiyaların gücü artırılır.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq