“Azercell” “Təhlükəsiz internet” təliminin keçirilməsinə dəstək olub
Ölkədə kibertəhlükəsizlik sahəsində maarifləndirmə səviyyəsinin artırılmasını hədəfləyərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı, “Azercell Telekom” MMC, “Kaspersky” şirkətinin dəstəyi ilə ümumi təhsil müəssisələrinin informatika müəllimləri üçün xüsusi təlim keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində baş tutan təlimə videokonfrans vasitəsilə Şamaxı, Gəncə, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələ kimi regionlardan müəllimlər qoşularaq sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları, uşaq və yeniyetmələrin üzləşdiyi kibertəhdidlər və onlardan müdafiə üsulları ilə yaxından tanış olublar. Təlimdə 70 ümumi təhsil müəssisəsinin 100 informatika müəllimi iştirak edib.
Qeyd edək ki, virtual dünyada uşaqların təhlükəsizliyinin təmin edilməsini prioritet hesab edən “Azercell” şirkəti 2018-2019-cu illər ərzində ölkəmizin müxtəlif bölgələrini əhatə edərək təhsil müəssisələrində uşaqlar, valideynləri və müəllimlər üçün “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlimlər təşkil edib. Təkcə son 1 il ərzində 588 şagird, 78 müəllim və 76 valideyn kibertəhlükəsizlik mövzusunda maarifləndirilib. “Azercell”in təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu təlimlərdə “Azərbaycan Müəllim İnkişafı Mərkəzi”nin mütəxəssisləri tərəfindən uşaqlara internetdəki təhlükəli oyunlar, ekstremizm çağırışları, internet təhlükəsizliyi, təhlükəsiz ev mühiti kimi mövzulardan bəhs edilib. Müəllim və valideynlər isə qurğuların kibertəhlükələrdən mühafizəsi, loqin və parolların kibermüdafiəsi, təhlükəsiz paylaşma üsulları, uşaqlar üçün yaradılmış təhlükəsiz resursların siyahıları və internetdən təhlükəsiz istifadənin əsaslarını öyrədən materiallar ilə tanış olublar.
Xatırladaq ki, “Azercell” internetdən təhlükəsiz istifadə istiqamətində fəaliyyətini, həmçinin innovativ texnologiyalar vasitəsilə sosial məsuliyyət sahəsində təşəbbüslər ilə də davam edir. Belə ki, ötən il “Azercell” dünyanın ən məşhur mobil ticarət həlləri təminatçısı “DOCOMO Digital” ilə "Azercell Kids" (“kids.azercell.com”) adlı həm təhsil, həm də əyləncə məzmunlu eksklüziv mobil tətbiqi istifadəyə verib. Valideyn nəzarətinə tam zəmanət verən “Azercell Kids” uşaqları yaş filtrasiyası olan populyar rəqəmsal məzmun ilə təmin edib.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq