logo

Rusiya hökuməti tam tərkibdə istefaya getdi

22:10 15-01-2020 | icon 2436
Rusiya hökuməti tam tərkibdə istefaya getdi

Rusiya hökuməti tam tərkibdə istefaya gedib.

 YeniAvropa "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə baş nazir Dmitri Medvedev məlumat verib.

“Prezident Vladimir Putinin bu gün Federal Məclisə müraciətindən sonra hökumət tam tərkibdə istefaya gedir”, - deyə Medvedev açıqlamasında bildirib.

Prezident Vladimir Putin isə hər şeyin yolunda getməsinə baxmayaraq, birlikdə çalışdıqlarına görə hökumət üzvlərinə təşəkkür edib. Rusiya lideri yaxın vaxtlarda Nazirlər Kabinetinin hər bir üzvü ilə görüşəcəyini söyləyib. Hələlik isə onlardan vəzifə səlahiyyətlərini tam şəkildə yerinə yetirmələrini xahiş edib.