logo

Vladimir Putin İstanbula səfər edib

23:16 07-01-2020 | icon 2205
Vladimir Putin İstanbula səfər edib

Yanvarın 7-də axşam saatlarında Rusiya prezidenti Vladimir Putin İstanbula səfərə gəlib.

YeniAvropa turk mətbuatına istinadla xəbər verir  ki, Rusiyanın dövlət başçısının təyyarəsi yerli vaxtla 21:00-da İstanbulun "Atatürk" hava limanına enib.

Qeyd edək ki, Vladimir Putin yanvarın 8-də İstanbulun “Haliç” Konqres Mərkəzində keçiriləcək  və Rusiya təbii qazının Türkiyə və Avropaya ixracını həyata keçirəcək “Türk axını” qaz boru kəmərinin açılış mərasimində iştirak edəcək.