logo

Finlandiya altısaatlıq iş günü və dördgünlük iş həftəsi tətbiq edəcək

20:27 06-01-2020 | icon 756
Finlandiya altısaatlıq iş günü və dördgünlük iş həftəsi tətbiq edəcək

Finlandiyanın yeni baş naziri Sanna Marin tərəfindən hazırlanmış planlara müvafiq olaraq ölkədə altısaatlıq iş günü və dördgünlük iş həftəsi tətbiq edəcək.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, 34 yaşlı Sanna Marinin fikrincə, bu, əməkçilərin öz ailələri ilə daha çox vaxt keçirmələrinə imkan verəcək. Hazırda Finlandiyada normal iş praktikası gündə səkkiz saat, həftədə beş gün işdir. Lakin ölkənin yeni baş naziri ölkədə çevik iş qrafiki tətbiq etmək təşəbbüsünü irəli sürüb. Belə iş qrafikinə altısaatlıq iş günü, dördsaatlıq iş həftəsi daxildir.

“Hesab edirəm ki, insanlar öz ailələri ilə daha çox vaxt keçirməyə, sevimli məşğuliyyətlərinə və mədəniyyət kimi həyatın digər aspektlərinə daha çox vaxt ayırmağa layiqdirlər”,-deyə Sanna Marin bildirib.

Qeyd edək ki, Sanna Marin baş nazir vəzifəsindən əvvəl Finlandiyanın nəqliyyat naziri vəzifəsini tutub. O, bu vəzifədə olarkən də daha qısa iş həftəsini dəstəkləyib.