logo

Qaxda quduz it 6 nəfəri dişləyib

22:49 04-01-2020 | icon 2135
Qaxda quduz it 6 nəfəri dişləyib

Qaxda sahibsiz it qarşısına çıxan sakinlərə hücum edib, 6 nəfər xəsarət alıb.

 YeniAvropa xəbər verir  ki, hadisə bu gün səhər saatlarında Qax rayon mərkəzində baş verib.

Nəticədə Qax sakinləri -1971-ci il təvəllüdlü Rəsul Saleh oğlu Mürsəlov, 1964-cü il təvəllüdlü Eldar Məhərrəm oğlu Əliyev, 1983-cü il təvəllüdlü Şaban Adışirin oğlu Qəniyev, 2002-ci il təvəllüdlü Aysun Müşviq qızı Əzməmmədli və daha iki nəfər xəsarət alıblar.
İt dişləməsi diaqnozu ilə Qax rayon Mərkəzi Xəstəxanasına daxil olan altı nəfər quduzluq əleyhinə peyvənd olunduqdan sonra evə buraxılıblar.