logo

YAP-çı keçmiş deputatlardan hələ ki namizədliyi qeydə alınan yoxdur

11:21 02-01-2020 | icon 2373
YAP-çı keçmiş deputatlardan hələ ki namizədliyi qeydə alınan yoxdur

Dekabrın 27-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti tərəfindənfevralın 9-da keçiriləcək  növbədənkənar seçkilərdə namizədliyi təkrar irəli sürülmüş sürülən 48 sabiq deputatdan heç birinin hələ ki namizədliyi qeydə alınmayıb.

YeniAvropa xəbər verir  ki,bu barədə YAP-dan bildirilib. 

Qeyd edək ki, yenidən namizədliyi irəli sürülənlər arasında Siyavuş Novruzov, Ziyafət Əsgərov, Sevinc Fətəliyeva, Oqtay Əsədov, Ceyhun Osmanov, Kamaləddin Qafarov, Vasif Talıbov, İsa Həbibbəyli, Ülviyyə Həmzəyeva, Malik Həsənov, Hüaseynbala Mirələmov  və digərləri var.

Görünür YAP-çı deputatlar son anda seçkilərə qoşulduqları, imzatoplama kampaniyasına bugünlərdə başladıqları üçün hələlik imza vərəqələrini namizəd göstərildikləri DSK-lara təqdim edə bilməyiblər.

Bu baxımdan, YAP-çı deputatların qeydə alınması məsələsi ən yaxşı halda həftə sonu bəlli olacaq.

Xatırladq ki, sabiq millət vəkilləri arasında deputatlığa namizəd kimi qeydə alınanı hələlik  Fazil Mustafadır.