logo

Parlament seçkilərində artıq  77 nəfərin namizədliyi qeydə alınıb

18:40 31-12-2019 | icon 2408
Parlament seçkilərində artıq  77 nəfərin namizədliyi qeydə alınıb

Gələn il fevralın 9-da keçiriləcək  növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyədək 2097 namizəd müraciət edib.

YeniAvropa xəbər verir  ki, bu barədə Mərkəzi Seçki Komissiyasının(MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

M.Pənahov bildirib ki, indiyədək 2097 nəfər müraciət edib: “Onlardan 1782 nəfərin müraciəti təsdiq olunub. Namizədlərin 452 nəfəri 19 siyasi partiya tərəfindən, 12 nəfəri isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb".

MSK sədri qeyd edib ki, müraciət edən şəxslərin 1535 nəfər artıq imza vərəqələrini götürüb, 290 nəfəri isə imza vərəqini qaytarıb: “77 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Deputatlığa qeydə alınanlardan 7-i siyasi partiya üzvüdür”.

Qeyd edək ki, qeydiyyat üçün sənədlərin təqdim edilməsi müddəti 2020-ci il yanvarın 10-u saat 18:00-da başa çatır.