logo

Sabah Bakıda 16° isti olacaq

14:39 25-12-2019 | icon 2205
Sabah Bakıda 16° isti olacaq

Azərbaycanda dekabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8°, gündüz 13-17° isti, Bakıda gecə 6-8°, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 757 millimetr civə sütunundan 754 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında yağış, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 10-15° isti, dağlarda gecə 0-5°, gündüz 7-12° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.