logo

İrandan Azərbaycana külli miqdarda narkotik maddə keçirmək istədilər

12:59 04-12-2019 | icon 224
İrandan Azərbaycana külli miqdarda narkotik maddə keçirmək istədilər

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Qaravuldaş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 1 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusuna qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucusu əlindəki bağlamanı əraziyə ataraq havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçıb.

 YeniAvropa xəbər verir  ki, bu haqda  DSX-nin mətbuat mərkəzi məlumat yayıb.

Bildirilib ki, həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib. Nəticədə 1 ədəd qara rəngli torba içərisində ümumi çəkisi 4 kiloqram 618 qram marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.