logo

ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb

12:30 04-12-2019 | icon 2296
ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 4-də Füzuli rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç aparıblar.