logo

Lənkəranda polis  əməliyyatı zamanı 12 kq-dan çox narkotika götürülüb

15:30 28-11-2019 | icon 238
Lənkəranda polis  əməliyyatı zamanı 12 kq-dan çox narkotika götürülüb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şağlaküçə kənd sakini Ş.Əsgərovun idarə etdiyi “VAZ-21074” markalı avtomobilə baxış keçirilib. Avtomobildən 3 kiloqram 255 qram, həmin şəxsin yaşadığı evə baxış zamanı isə 9 kiloqram 266 qrama yaxın marixuana, habelə müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi, dörd patron aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa -ya bildiriblər ki, polis əməkdaşları tərəfindən Ş.Əsgərovun narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilib. Narkotiklərin qanunsuz dövriyyəsində ona vasitəçilik etməkdə şübhəli bilinən Qurumba kənd sakini, əvvəllər məhkum olunmuş S.Rüstəmov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.