logo

Azərbaycanda parlament buraxılır

12:02 28-11-2019 | icon 2184
Azərbaycanda parlament buraxılır

Bu gün keçirilən hakim Yeni Azərbaycan Partiyasının(YAP) Siyasi Şurasının təcili iclasında sensasion qərar qəbul edilib.

YeniAvropa xəbər verir  ki, iclasda parlamentdəki çoxluq -YAP , Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.

Parlament çoxluğu qərarını belə əsaslandırıb ki, Milli Məclisin mövcud tərkibi dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat  deyil  və son aylar ölkədə aparılan islahatlardan geri qalır.

Yaxın saatlarda YAP-dan Milli Məclisdə təmsil olunan deputatlarının iştirakı ilə fraksiya iclası keçiriləcək.

Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə parlament qarşısında məsələ qaldıracaq. İclasda prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.