logo

Sabunçu bazarında mağaza yanır

23:40 27-11-2019 | icon 308
Sabunçu bazarında mağaza yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.

YeniAvropa xəbər verir  ki, bu barədə FHN-dən bildirilib.Qeyd edilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.