logo

Həbib Nurməhəmmədov növbəti döyüşünü Nyu-Yorkda  keçirəcək

14:55 27-11-2019 | icon 3122
Həbib Nurməhəmmədov növbəti döyüşünü Nyu-Yorkda  keçirəcək

Rusiyanın UFC çempionu Həbib Nurməhəmmədovun növbəti döyüşünün dəqiq tarixi və yeri açıqlanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, o, aprelin 18-də Nyu-Yorkda amerikalı ciu-citsu ustası Toni Ferqüsonla üz-üzə gələcək.

Məlumat əvvəlcə UFC rəhbəri Deyn Uayt tərəfindən verilib, daha sonra Həbibin meneceri də bunu təsdiqləyib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov və Toni Feryuson UFC-nin yüngül çəkidə reytinqinə başçılıq edirlər. Həbib çemрionluğa məhz Tonidən sonra yiyələnib.