logo

İş adamlarımız “Japan Food Expo Fair” sərgisində iştirak edəcəklər

15:31 24-11-2019 | icon 2415
İş adamlarımız “Japan Food Expo Fair” sərgisində iştirak edəcəklər

Noyabrın 27-dən 29-dək Tokioda “Japan Food Expo Fair” (Yaponiya qida məhsulları ixracatı) sərgisi açılacaq. Üçüncü dəfə təşkil edilən sərgiyə azərbaycanlı iş adamları da qatılacaqlar.

YeniAvropa xəbər verir  ki, Yaponiya Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyinin təşkili etdiyi sərgidə 700-dək şirkətin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Beş şirkəti təmsil edəcək doqquz nəfər iş adamından ibarət Azərbaycan nümayəndə heyəti sərgidə nümayiş olunan Yaponiya qida məhsullarının ölkəmizə idxalı imkanlarını araşdıracaq, bu məqsədilə yapon şirkətləri ilə müzakirələr aparacaq. Nümayəndə heyətinin tərkibinə Azərbaycanı təmsil edən supermarket və restoranların menecerləri daxildirlər.