logo

Azərbaycanın birinci vitse-prezidenti Rusiyaya rəsmi səfərə gəlib

18:31 20-11-2019 | icon 2422
Azərbaycanın birinci vitse-prezidenti Rusiyaya rəsmi səfərə gəlib

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Rusiya Federasiyasına rəsmi səfərə gəlib.

 YeniAvropa xəbər verir ki, Moskvanın “Vnukovo 2” Beynəlxalq Hava Limanında birinci vitse-prezident Mehriban Əliyevanı Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəisi İqor Boqdaşev və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qarşılayıblar.