Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşəcək.
YeniAvropa Rusiya KİV-ə istinadən xəbər verir ki, görüş noyabrın 21-də Moskva şəhərində baş tutacaq. Məlumatda qeyd edilib ki, görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Görüş zamanı tərəflər ölkələr arasında ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparacaqlar.