Xaçmazın keçmiş icra başçısı Şəmsəddin Xanbabayev 520 maaş kartı ilə kurorta gedib
Xaçmazın keçmiş icra başçısı Şəmsəddin Xanbabayev 520 maaş kartı ilə kurorta gedib.
YeniAvropa xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli "Facebook"da məlumat paylaşıb. O, mənbə kimi, Xaçmaz rayonundan ona göndərilmiş məktubdan istifadə edib. Məktubu olduğu kimi dərc edirik.
"Salam Cavanşir bəy. Ölkə başçısının işsizliyin aradan qaldırılması sahəsində müəyyən addımlar atılması üçün rayonlarda haqqı ödənilən müvəqqəti ictimai işlərin təşkili barədə yəqin ki, məlumatlisiniz. Bu işlərin təşkili məşğulluq mərkəzləri icra hakimiyyətləri nəzdində olan mənzil kommunal təsərrüfat birlikləri, rayonlardakı dost iş mərkəzləri vasitəsi ilə təşkil edilirdi. Deməli insanlar məsgulluqa müraciət edir, məşğulluq göndərir mkt ye, mkt işlədir, pulu isə dost iş mərkəzi verir.İnsanlar rayonda müqavilə əsasında abadlıq işlərinə cəlb edilir. Hər rayona prezident aparatından kvota ayrılır. Bu il Xaçmaza 600 yer ayrılmışdı. Təbiiki 600 adam işə cəlb edilmədi. Sadəcə 30 nəfər işləyirdi mkt də. Qalan adamlar isə adları işdə gedən, lakin özləri olmayan ölü canlar idi. 520 kart Şəmsəddinin. Yerdə qalanlar məşğulluğun direktoru Ayazın, mkt-nin direktoru Qalibin, dost mərkəzi Vüsalın arasında tula payı bölünmüşdü. Dünən təzə başçı təcili şəkildə maliyyənin rəisini çağırıb deyib ki, mən belə şey edə bilmərəm. Prezidentin xüsusi göstərişi var. Ona görə də kartları qaytarın. İndi Xaçmazda düşüblər küçələrə ölü canları axtarıb tapıb kart qaytarmağa. Məhəllə məhəllə gəzirlər. Hal hazırda küçələri. Maliyyənin rəisi Nizami də təzə başçıya and aman edib ki, vallah billah kartlar Şemsəddindedir. Nəzərə alaq ki, hər kartda minimum əməkhaqqı qədər aylıq pul olur. Son olaraq 250 manat yuklənirdi. Aylıq təxminən 125 min tək başçıya çatırdı. Xaçmazda ölü canlarin axtarışı əməliyyatı bu gün səhərdən başlayıb.
Bütün bu hoqqaların arasında Şəmsəddin şimali Qafqaz kurortlarinin birinə istirahətə gedib".
P.S. Büdcəni talamağın ən azğın üsullarından biridir. Məncə bu korrupsiya sxemi bütün rayonlarda tətbiq olunur.
Xatırladaq ki,Şəmsəddin Xanbabayev 1 aprel 1939-cu ildə Ordubad rayonunda anadan olub.
1983-1990-cı illərdə Naxçıvan şəhər Partiya Komitəsinin birinci katibi, 1992-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000-2004-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirin müavini, 23 oktyabr 2004 cü ildən 31 oktyabr 2019-cu ilədək Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Noyabrın 2-də isə Yeni Azərbaycan Partiyasının(YAP) Xaçmaz rayon təşkilatının 9-cu konfransı keçirilib. Konfransdan əvvəl YAP rayon təşkilatının sədri Nazim Ağayev istefa verib. Yeni sədrin seçilməsi ilə bağlı keçirilən səsvermədə rayonun keçmiş icra başçısı Şəmsəddin Xanbabayev YAP-ın Xaçmaz rayon təşkilatının sədri seçilib.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq