"Evro2020” çempionatının rəsmi topu - “Uniforia” təqdim edilib
“Adidas” firması 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi topunun adını açıqlayıb.
YeniAvropa xəbər verir ki, çempionatın topu ingiliscə “birlik” (unity) və “eyforiya” (euphoria) sözlərinin əsasında “Uniforia” adlandırılıb.
Xatırladaq ki, Avropa çempionatının 60 illiyini qeyd etmək məqsədilə gələn yay keçiriləcək “Euro2020”nin final mərhələsinin matçları qitənin 12 müxtəlif ölkəsində oynanılacaq. Turnirin məhz bu yeni formatı rəsmi oyun topunun tərtibatı üçün ilham mənbəyi olub.
“Uniforia”nın tərtibatı körpülərin kəsişməsi, hüdudların qarışması, həmçinin sənət və futbolun təkrarolunmaz qarışığı ilə turniri müşayiət edəcək müxtəliflik anlayışlarını əhatə edir. Bu elementlər 2018-ci ildə start götürmüş tərtibat prosesinin başlanğıc nöqtələri idi.
“Rəsmi topun tərtibatı zamanı biz həmişə mədəniyyəti - stadionda qürurla nümayiş etdirə biləcəyimiz küçə ruhunu əks etdirməyə çalışırıq”, – deyə “Adidas”ın məhsul dizayneri Anika Mari Kenno bildirib. O deyib ki, hazırda bizim bütün şəhərlərimizdə gördüyümüz əsas xüsusiyyət bir yerə toplaşmaq və dəyişiklik üçün birləşmək ehtiyacının mövcud olmasıdır. Dünyada əsas idman tədbirlərindən biri olaraq “Avro 2020” bu cür birliyin gücünü qürurla nümayiş etdirmək, eləcə də insanları, ideyaları və yaradıcılıqları birləşdirən bir qüvvə olaraq idmanı bayrama çevirmək üçün böyük bir imkandır.
Turnirin yeni transkontinental formatının əksi olan “Uniforia”nın tərtibatı topun üstündən qalın, qara fırçayla çəkilmiş hüdudların qarışmasını və sərhədlərin kəsişməsini göstərən xətlərdən ibarətdir. Turnirin müxtəlifliyini və fərqli mədəniyyətlərin bir araya gəlməsini göstərmək məqsədilə bu geniş ştrixlər parlaq və açıq rəngli qısa xətlərlə kəsişir.
“Bu yenilikçi tədbirdə “Adidas” futbolu və ümumilikdə idmanı dünyanı bir araya gətirə biləcək amil kimi qeyd edəcək”, – deyə “Adidas”ın brend marketinqi üzrə vitse-prezidenti Florian Alt bildirib.
İyunun 12-də Romada start götürəcək “Avro 2020” həyəcanı bir ay sonra Londondakı “Uembli” stadionunda keçiriləcək final oyunu ilə başa çatacaq. Çempionatın oyunları 12 şəhərində - Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münxen, Roma və Sankt-Peterburqda keçiriləcək. Qitə çempionatının qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir matçı Bakı Olimpiya Stadionunda oynanılacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun üç qarşılaşması, iyulun 4-də isə dörddəbir final mərhələsinin bir matçı Bakıda keçiriləcək.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq