logo

Azərbaycanlı hakim Avropa birinciliyinin görüşlərini idarə edib

11:29 04-11-2019 | icon 210
Azərbaycanlı hakim Avropa birinciliyinin görüşlərini idarə edib

Rusiyada gənc cüdoçular arasında Avropa birinciliyi keçirilib.

 YeniAvropa xəbər verir  ki, İjevsk şəhərində keçirilən 23 yaşadək cüdoçular arasında qitə birinciliyində azərbaycanlı hakim Nazim Umbayev də yarışı idarə edən ədalət təmsilçiləri arasında yer alıb. Beynəlxalq dərəcəli hakimə Avropa birinciliyinin 2 final görüşü və bir neçə prinsipial qarşılaşması həvalə edilib.

Qeyd edək ki, mötəbər yarışda Azərbaycan cüdoçuları uğurla çıxış edərək 2 medal qazanıblar. Rəşid Məmmədəliyev (73 kq) qızıl, Nurlan Osmanov (66 kq) gümüş medala layiq görülüblər.