logo

Xırdalanda baş verən ağır avtoqəzada 1 nəfər ölüb

15:55 30-10-2019 | icon 301
Xırdalanda baş verən ağır avtoqəzada 1 nəfər ölüb

Bakı-Sumqayıt yolunun Xırdalan şəhəri ərazisində piyadanın ölümü ilə nəticələn ağır yol–nəqliyyat hadisəsi baş verib.

Abşeron Rayon Polis İdarəsindən YeniAvropa–ya bildirilib ki, qəza zamanı taksi fəaliyyəti ilə məşğul olan "Daewoo Gentra" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək, piyada, 1993-cü il təvəllüdlü Vəliyev Ülvi Mehdi oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona hər iki ayağın sınığı, qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, o xəstəxanada ölüb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.