logo

Cavid Qurbanov Prezident Administrasiyasına rəhbər gətirilir – İDDİA

10:51 27-10-2019 | icon 420
Cavid Qurbanov Prezident Administrasiyasına rəhbər gətirilir – İDDİA

Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək Azərbaycan Prezident Administrasiyasının rəhbəri təyin olunacağı iddia edilir.

YeniAvropa xəbər verir  ki, bu barədə C.Qurbanovun yaxın ətrafından mətbuata məlumat sızdırılıb.

Bildirilib ki, o, oktyarın 28-dən Prezident Administrasiyasının rəhbəri kimi fəaliyyət göstərəcək: “Cavid Qurbanov bununla bağlı təbriklər də qəbul edir”.

Qeyd edək ki, Cavid Qurbanovun adı korrupsiya və müxtəlif mənimsəmələrdə hallanır.

Xatırladaq ki, prezident İlham Əliyevin oktyabrın 23-də imzaladığı sərəncamla Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.