logo

Putin rus qoşunlarının Suriyadan çıxarılmasının şərtini açıqlayıb

17:35 12-10-2019 | icon 203
Putin rus qoşunlarının Suriyadan çıxarılmasının şərtini açıqlayıb

Dəməşqdəki gələcək hakimiyyət müvafiq qərar verəcəyi təqdirdə Moskva Suriyadakı qoşunlarını çıxara bilər.

 YeniAvropa  "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu barədə RT, “Al Arabiya” və “Sky News Arabia” telekanallarına müsahibəsində danışıb.

“Digər dövlətin ərazisində, yəni indiki halda Suriyada qanunsuz yerləşənlər regionu tərk etməlidir və bu, bütün dövlətlərə aiddir. Əgər Suriyanın gələcək legitim rəhbərliyi ölkədə Rusiya Silahlı Qüvvələrinə ehtiyac duymadıqlarını desələr, bu, Rusiyaya da aid olacaq”, - deyə Vladimir Putin bildirib.

Dövlət başçısının sözlərinə görə, xarici ölkə hərbçilərinin Suriyada mövcudluğu məsələsi İran, Türkiyə və ABŞ-la da müzakirə olunur.

Rusiya lideri, həmçinin əlavə edib ki, Suriya Ərəb Respublikasının ərazi bütövlüyü tam bərpa olunmalıdır.