logo

İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib

11:31 11-10-2019 | icon 2338
İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib

Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.

YeniAvropa xəbər verir  ki, prezidenti İlham Əliyev iclasda iştirak edib.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamlayıb. Sonra birgə foto çəkdirilib.

Daha sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Şuranın iclasının gündəliyi barədə məlumat verib.

Prezident İlham Əliyev iclasda çıxış edib.