logo

Mehriban Əliyeva: "Azərbaycan növbəti böyük uğura imza atıb!"

23:15 04-10-2019 | icon 2555
Mehriban Əliyeva: "Azərbaycan növbəti böyük uğura imza atıb!"

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizin şahmat tarixində ilk dəfə dünya kubokuna sahib olan Teymur Rəcəbovu "İnstagram" səhifəsində təbrik edib.

 YeniAvropa xəbər verir  ki, təbrikdə deyilir: “Azərbaycan növbəti böyük uğura imza atıb! Gənc istedadımız Teymur Rəcəbov şahmat üzrə dünya kubokunda ölkəmizi layiqincə təmsil edərək parlaq qələbə qazanıb. Bütün Azərbaycan xalqının sevincinə səbəb olan bu möhtəşəm qələbə münasibətilə Teymuru səmimi-qəlbdən təbrik edirəm!”.