logo

Rafael Cəbrayılov deputat mandatından imtina etdi

12:11 30-09-2019 | icon 2387
Rafael Cəbrayılov deputat mandatından imtina etdi

Deputat Rafael Cəbrayılov mandatından imtina etməsi ilə bağlı Milli Məclisə  müraciət edib.

YeniAvropa xəbər verir  ki,  o, Milli Məclisə ünvanladığı məktubunda etdiyi əməllərə  görə üzr istəyib.

Xatırladaq ki, bir qədər əvvəl sosial şəbəkələrdə deputat Rafael Cəbrayılovla bağlı video görüntülər yayılıb.  O, tikinti biznesini davam etdirmək üçün paytaxt sakinindən 300 min dollar borc alıb və bunun qarşılığında 3-cü və 4-cü çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyub.  Üstündən 5 il keçsə də o, pulunu qaytarmayıb. Borc verən şəxs dəfələrlə müraciət etsə də, deputat pulu qaytarmaq iqtidarında olmadığını deyib. Beləliklə, məsələ soaial şəbəkələrə yol açıb.