logo

Ağstafada kürəkən qayınatasına balta ilə ağır xəsarət yetirdi

19:53 29-09-2019 | icon 329
Ağstafada kürəkən qayınatasına balta ilə ağır xəsarət yetirdi

Ağstafa rayonunda 57 yaşlı kişiyə kürəkəni tərəfindən ağır xəsarət yetirilib.

YeniAvropa xəbər verir  ki, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.

Ağstafa rayon sakini, 1962-ci il təvəllüdlü Mehdiyev aydın Qurban oğlu yaşadığı evin həyətində başından balta ilə ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və cərrahiyyə əməliyyatı olunub.

Yaxınlarının bildirdiyinə görə, hadisəni mübahisə zəminində kürəkəni törədib.

Faktla bağlı araşdırma aparılır.