Nyu-Yorkda ECO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçirilib
BMT Baş Assambleyasının 74-cü sessiyası çəçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) xarici işlər nazirlərinin iclasında iştirak edib.
YeniAvropa xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirlib ki, Elmar Məmmədyarov çıxışında regional və regionlararası təşəbbüslərdə iştirak edən Azərbaycanın hər zaman bölgədə və onun hüdudlarından kənarda müxtəlif iqtisadi əməkdaşlıq səylərini dəstəklədiyini və bu xüsusda ECO çərçivəsində əməkdaşlıq fəaliyyətinə və bu bölgədə ticarət və əməkdaşlığın inkişafına əhəmiyyət verdiyini bildirib. Təşkilatın konkret və nəticəyə yönəlik layihələrə üstünlük verməli olduğunu söyləyən nazir, bu xüsusda prioritet sahələr qismində ticarət, nəqliyyat, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları və turizmi qeyd edib.
Dənizə çıxışı olmayan ölkə olmasına rəğmən Azərbaycanın tranzit və ticarət potensialı, ölkəmizin nəqliyyat infrastrukturlarını müasirləşdirmək və şaxələndirmək səyləri, həyata keçirilən bağlılıq layihələri barədə iclas iştirakçılarına məlumat verən nazir, sözügedən layihələrin ECO ərazisinin tranzit imkanlarının artmasına xidmət etdiyini bildirib. Kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub və bu ilin oktyabr ayında ECO Kənd Təsərrüfatı nazirlərinin Bakıda 6-cı toplantısının keçiriləcəyi səsləndirilib. İnformasiya və kommunikasiya texnologiyaları sahəsi ECO dövlətləri tərəfindən əməkdaşlığın inkişaf etdirilə biləcəyi potensial sahə kimi vurğulanıb.
Nazir 2017-ci ildə qəbul olunan “ECO Vision 2025” sənədinə istinad edərək, Azərbaycanın ECO-nun daha da inkişaf etdirilməsi imkanlarını təmin edəcək və institutlarının effektivliyini genişləndirəcək islahat prosesini dəstəklədiyini qeyd edib.
Çıxışının sonunda nazir Elmar Məmmədyarov ECO iştirakçı ölkələri arasında mövcud olan tarixi bağların Azərbaycan tərəfindən yüksək dəyərləndirildiyini və bu əlaqələrin həmrəylik prinsipləri əsasında inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Nazir, siyasi və hərbi təhdidlər, o cümlədən bu ərazilərdəki hərbi işğal və qanunsuz fəaliyyətlər aradan qaldırılmadan, regional iqtisadi əməkdaşlığın inkişafının mümkünsüz olduğunu vurğulayıb. Bu xüsusda, 2017-ci il İslamabad Sammitinin Bəyanatının müddəalarının üzv ölkələrin milli və regional fəaliyyətlərində nəzərə alınmasının önəm kəsb etdiyi qeyd olunub.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq