logo

Cari ildə Azərbaycan-Almaniya ticarət dövriyyəsi 1 milyard dolları ötüb

10:30 27-09-2019 | icon 2814
Cari ildə Azərbaycan-Almaniya ticarət dövriyyəsi 1 milyard dolları ötüb

Hazırda Azərbaycanda Almaniya kapitallı 154 şirkət fəaliyyət göstərir.

YeniAvropa xəbər verir  ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sentyabrın 27-də Bakıda keçirilən Almaniya-Azərbaycan biznes forumunda deyib.

Nazir müavini qeyd edib ki, cari ilin 7 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 1 milyard dolları ötüb.