logo

Bakıda VI Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

17:39 24-09-2019 | icon 588
Bakıda VI Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 27-29-da Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.Qeyd edilib ki, budəfəki sərgi-yarmarka böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub.

Sərgi-yarmarka zamanı üç gün boyunca 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və digər qurumlar öz nəşrlərini sərgiləyəcək və kitablarının satışını həyata keçirəcəklər. Eyni zamanda sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri təşkil olunacaq. Ziyarətçilər üçün sərgiyə giriş sərbəst olacaq.