logo

Bu gün bəzi rayonlarda qaz olmayacaq

10:16 24-09-2019 | icon 2415
Bu gün bəzi rayonlarda qaz olmayacaq

Bu gün saat 09:00-dan işlər başa çatanadək Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində istismarda olan orta təzyiqli yeraltı qaz xətti üzərində tənzimləyici qurğunun quraşdırılması ilə bağlı rayonun bir neçə yaşayış məntəqəsində, Ağdaş rayonu ərazisində yerləşən qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi məqsədilə isə Ağdaş rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb. Bundan başqa, saat 10:00-dan etibarən Neftçala rayonunun Surra kəndi istiqamətində orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyicisinin quraşdırılması ilə bağlı rayonun bir neçə yaşayış məntəqəsində qaz olmayacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumatda həmçinin bildirilib ki, sentyabrın 24-də saat 09:00-dan bir neçə orta təzyiqli qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi işləri icra edilir. Bu müddətdə Gəncə şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.