logo

Vladimir Putin Qriqori Karasini vəzifəsindən azad edib

21:19 10-09-2019 | icon 2590
Vladimir Putin Qriqori Karasini vəzifəsindən azad edib

Rusiya prezidenti Vladimir Putin Qriqori Karasini stats-katib - xarici işlər nazirinin müavini vəzifəsindən azad edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə fərman sentyabrın 10-da dərc olunub. Rusiya dövlətinin başçısı digər fərmanı ilə Yevgeni İvanovu bu vəzifəyə təyin edib.

Xatırladaq ki, Q.Karasin stats-katib - xarici işlər nazirinin müavini vəzifəsində 2005-ci ildən çalışırdı. O, MDB dövlətləri ilə ikitərəfli münasibətlər sahəsinə kuratorluq edirdi.

Qeyd edək ki, Yevgeni İvanov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1995-ci ildən Rusiya Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirin katibliyinin rəhbəri və konsulluq departamentinin direktoru işləyib. 2017-ci ildən xarici işlər nazirinin müavinidir.