logo

İlham Əliyev braziliyalı həmkarını təbrik edib 

19:18 06-09-2019 | icon 245
İlham Əliyev braziliyalı həmkarını təbrik edib 

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının prezidenti Jair Bolsonaruya  təbrik məktubu ünvanlayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Braziliyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Braziliya xalqına daim sülh və rifah diləyirəm".