logo

Bişkek məhkəməsi Atambayevin həbsini qanuni hesab etdi

14:59 04-09-2019 | icon 280
Bişkek məhkəməsi Atambayevin həbsini qanuni hesab etdi

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin tutulması qanunidir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bununla bağlı sentyabrın 4-də Bişkek şəhər məhkəməsi qərar qəbul edib.

Bundan əvvəl Bişkekin Pervomaysk rayon məhkəməsi Almazbek Atambayevin oktyabrın 26-dək həbs olunması ilə bağlı qərar qəbul etmişdi. Sabiq Prezidentin vəkili Sergey Slesarev Pervomaysk rayon məhkəməsinin qərarından yuxarı instansiyaya şikayət etmişdi.

Qeyd edək ki, Atambayevin tutulması ilə bağlı keçirilən əməliyyat zamanı 136 nəfər yaralanıb, bir xüsusi təyinatlı həlak olub.

Sabiq dövlət başçısı avqustun 8-də hökumət qüvvələrinə təslim olub və həmin gündən Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılır.