logo

Çin şirkəti 226 min avtomobili geri çağırır

15:49 02-09-2019 | icon 301
Çin şirkəti 226 min avtomobili geri çağırır

Çinin iri avtomobil istehsalçılarından olan "Brilliance Auto" 226 min avtomobili yanacaq nasosundakı nasazlığa görə geri çağırır.

 YeniAvropa xəbər verir ki, bu barədə Çinin Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Oktyabrın 1-dən başlayacaq geriçağırma prosesi 2010-2014-cü illərdə istehsal olunan "Brilliance V5", "Brilliance H530", "Brilliance Junjie FSV" və "Brilliance Junjie FRV" avtomobillərini əhatə edəcək.

Administrasiya mütəxəssislərinin qənaətinə görə, həmin avtomobillərin yanacaq nasosundakı nasazlıq yanacaq sızmasına, o da öz növbəsində, yanğının meydana gəlməsinə səbəb ola bilər. "Brilliance Auto" nasaz detalları öz hesabına dəyişəcək.