logo

Zelenskinin komandası adından külli miqdarda rüşvət alan şəxslər həbs edilib

14:15 31-08-2019 | icon 2744
Zelenskinin komandası adından külli miqdarda rüşvət alan şəxslər həbs edilib

Ukrayna зrezidenti Vladimir Zelenskinin komandası adından külli miqdarda rüşvət alan şəxslər həbs edilib.

 YeniAvropa xəbər verir  ki, bu barədə зrezident Ofisinin rəhbəri Andrey Boqdan məlumat verib. Onun sözlərinə görə, Hərbi Prokurorluğun və Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları kimisə vəzifəyə təyin etmək adı ilə 570 min dollar tələb edən iki nəfəri həbs edib. Onlar guya bu məbləğ müqabilində aldadılan şəxsi “Ukroboronprome”nin rəhbəri təyin edəcəkdilər.

A.Boqdan bildirib ki, dələduzluqla məşğul olanların sayı dörd nəfər ola bilər. Hazırda araşdırmalar davam etdirilir.