logo

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək

21:50 30-08-2019 | icon 413
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

YeniAvropa xəbər verir  ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.  Onun sözlərinə görə, səfərdə məqsəd bu ilin oktyabrında Bakıda keçiriləcək Türk Şurasının sammitində iştirak etməkdir. 

Diplomat daha sonra qeyd edib ki,  səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan Bakıda bir sıra digər görüşlər də keçirəcək. Görüşlərdə ölkələrarası əməkdaşlıq məsələləri müzakirə ediləcək.