Daşkəsəndə intihar hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə rayonun Alünitdağ qəsəbəsində qeydə alınıb.
1998-ci il təvəllüdlü Hüseynova Aysel yaşadığı evdə özünü asıb. Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. A. Hüseynova bir uşaq anası olub.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.